Dünyada son sutkada koronavirusa 721 mindən çox yoluxma

Dünyada son sutkada koronavirusa 721 mindən çox yoluxma Dünyada son bir gündə koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 721 398 hal qeydə alınıb, COVID-19-dan 11 491 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 153 954 491, ölüm hallarının sayı 3 221 052 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 123 136 nəfər virusa yoluxub. Daha sonra Hindistan (20 665 148) və Braziliya (14 779 529) gəlir.

Tehsil-press.az


Oxşar xəbərlər