UNEC Trento Universitetinin regionda ikili diplom proqramını reallaşdırdığı yeganə universitetdir

UNEC Trento Universitetinin regionda ikili diplom proqramını reallaşdırdığı yeganə universitetdir İtaliyanın Trento Universitetinin rektor köməkçisi Roberto Napoli Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Qonaq universitetin beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov ilə görüşdə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti ilə əməkdaşlıqdan qürur duyduğunu bildirib.
Görüşdə iki universitet arasında ikili diplom proqramına dair fikir mübadiləsi aparılıb. Trento Universiteti ilə UNEC arasında imzalanacaq magistratura səviyyəsində ikili diplom proqramının bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradacağına əminlik ifadə olunub.
R.Napoli dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları sahəsində UNEC-in uğurlu təcrübəsini diqqətə çatdırıb. O, Trento Universitetinin regionda ikili diplom proqramını reallaşdırdığı yeganə universitetin UNEC olduğunu bildirib.

UNEC-in Mətbuat Xidməti




Oxşar xəbərlər