Meksika ADA Universitetinin 9-cu beynəlxalq festivalında

Meksika ADA Universitetinin 9-cu beynəlxalq festivalında ADA Universitetində 9-cu beynəlxalq festival çərçivəsində Meksika guşəsində ölkənin milli mədəniyyət və mətbəx nümunələri təqdim olunub.
Festival iştirakçıları bəzi adət-ənənələrlə, eləcə də Meksika mədəniyyətinin xüsusiyyətləri ilə tanış olublar. Kesadiya, çili sousu və digər milli təamların dadına baxıblar. Sağlamlıq, macəra, romantik, lüks və digər turizm növləri daxil olmaqla, Meksikanın təqdim etdiyi turizm imkanları ilə tanış olublar.
Tədbirə gələn Meksika səfiri Rodrigo Labardini mədəniyyətin müxtəlif aspektləri və onun xalqların yaxınlaşmasında rolundan danışıb. Qarşılıqlı anlaşma və əməkdaşlığın dərinləşməsində mədəni əlaqələrin vacibliyini önə çəkib. Qeyd edib ki, Meksika ilə Azərbaycan arasında coğrafi məsafəyə baxmayaraq, hər iki ölkənin birgə dəyərləri var: milli mətbəx, musiqi, ədəbiyyata və digər dəyərlərə rəğbət.
ADA Universitetinin rəhbərliyi və tələbə-müəllim heyətinə müraciətdə diplomat səfirlik ilə bu təhsil ocağı arasında dostluq əlaqələrinə istinad edib və vurğulayıb ki, burada hər üç təhsil səviyyəsində meksikalı gənclər təhsil alıb: məktəb, bakalavr və magistr səviyyələri. Qeyd olunub ki, ADA Universitetinin qəbul etdiyi ilk tələbə meksikalı idi.

Tehsil-press.az


Oxşar xəbərlər