Meksika və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Meksika və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib Təhsil sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Bakı Oksford Məktəbinə (Baku-Oxford School/BOS) gələrək, BOS Təhsil Mərkəzinin (BOSEC) rəhbərliyi ilə görüşüb.
Görüşdə BOSEC-in icraçı direktoru Günay Hacıyeva Mərkəz barədə, onun fəaliyyəti və funksiyaları, perspektivləri haqqında məlumat verib. O, təhsil alanların nəzəri və praktiki biliklərinin zənginləşməsinə dair layihələr çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Səfir Rodriqo Labardini Meksika və Azərbaycan arasında təhsil sektoru daxil olmaqla çoxsaylı sahələr üzrə ikitərəfli əlaqələrin inkişafını vurğulayıb, səfirliyin bu sahədə həyata keçirdiyi tədbirlərdən söz açıb. O, qarşılıqlı inkişaf üçün təcrübə və bilik mübadiləsinin əhəmiyyətini qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər