Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirildi Polis Akademiyasında Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.
Dxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb.
V. Eyvazov bildirib ki, son 18 ildə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 17 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 58 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 13 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.
Bir ildən artıq müddətdə xüsusi karantin rejimində yaşadığımızı bildirən general-polkovnik V.Eyvazov bu müddətdə polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş variantında xidmət apardığını, insanların həyati problemlərinin həllinə yardımçı oluduğunu vurğulayıb.
V.Eyvazov ölkə başçısı tərəfindən bu peşə bayramı ərəfəsində 26 əməkdaşın dövlət mükafatları ilə təltif edildiyini, 4 rəhbər vəzifəli əməkdaşa ali xüsusi rütbə verildiyini xatırladıb. Bunun Prezidentin şəxsi heyətə göstərdiyi diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu bildirib. Eyni zamanda, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini dövlət başçısının yüksək qiymətləndirdiyini qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər