Haiti liderinin qətlində iştirak edənlərdən biri ABŞ təhlükəsizlik qüvvələri ilə əlaqəli olub
Haiti Prezidenti Jovenel Moizə sui-qəsd cəhdində şübhəli bilinərək həbs olunan Haiti əsilli ABŞ vətəndaşı əvvəllər amerikan təhlükəsizlik qüvvələrindən biri ilə əlaqəli olub.
Bunu ABŞ hökumətindəki mənbə bildirib. Mənbə hansı növ əlaqənin olduğunu açıqlamayıb.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətldə 18 kolumbiyalı və iki haitili məşəli amerikalının iştirak etdikləri bildirilir.
Tehsil-press.az
- Baxış: 2088
Xəbərin tarixi: 13.07.2021 / 09:24
-
Oxşar xəbərlər