Türkiyənin cənub-şərqində 5 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyənin cənub-şərqində 5 PKK terrorçusu zərərsizləşdirilib Türkiyənin təhlükəsizlik qüvvələri cənub-şərq əyaləti Mardində hücumlar planlaşdıran 5 PKK terrorçusunu zərərsizləşdiriblər.
Təhsil-press.az-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Təhsil-press.az

Oxşar xəbərlər