
Bu barədə ölkənin dövlət katibi Franç Ekzantyuz Tvitter səhifəsində yazıb.
“Qatillərlə bağlı ətraflı məlumat veriləcək. Mövcud vəziyyət ölkənin hüquq-mühafizə orqanlarının tamamilə nəzarəti altındadır”, - dövlət katibi deyib.
Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moizin öldürülməsindən sonra ölkədə hərbi vəziyyət elan edilib.
***
Haiti polisi ölkə prezidenti Jovenel Moizi öldürməkdə şübhəli bilinən daha iki nəfəri saxlayıb.
Hökumət sui-qəsdçilərdən bəzilərinin hələ də azadlıqda ola biləcəyini istisna etməyib.
Tehsil-press.az