
Hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı 34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib.
Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağına yerləşdirilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu