Bayram günlərinin hava proqnozu açıqlandı

Bayram günlərinin hava proqnozu açıqlandı Milli Hidrometeorologiya Xidməti Qurban bayramı günlərinin hava proqnozunu açıqlayıb.
Bayram günlərində hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38 °, 20-21-də bəzi yerlərdə 40°, respublikanın rayonlarında 35-40 ° isti, 20-22-də isə bəzi aran rayonlarında 42-44°-dək yüksələcəyi gözlənilir.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar iyulun 19, 20 və 21-i qeyri-iş günləridir.

Tehsil-press.az


Oxşar xəbərlər