
Seçilmiş ibtidai sinif müəllimlərinə 3 gün ərzində "İbtidai təhsilin missiyası və xüsusiyyətləri", "Məzmun standartlarının şərhi; dərs icmallarının hazırlanması", "Uşaq psixologiyası; uşaqla ünsiyyət və əməkdaşlıq qurmağın konstruktiv yolları", "Sinifdə öyrədici mühitin yaradılması; şagird tədqiqatının təşkili" mövzularında seminarlar keçiriləcək.
Seminarda iştirak üçün yalnız bu il işə qəbul olunan və daimi əsaslarla işləyən ibtidai sinif müəllimləri müraciət edə bilər.
Seminarlar 27-29 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.
Ərizələr 25 oktyabr 2016-cı il tarixinədək elektron (http://bit.ly/2exlxAT) formada qəbul ediləcək
Tehsil-press.az