
Bunu əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb.
Fotolardan göründüyü kimi, artıq aeroportda əsas binalar hazırdır və asfaltın vurulma prosesi gedir.
APA TV də aeroportdan reportaj hazırlayıb. AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, sentyabr ayında uçuş-enmə zolağı, perron və sükan yolu 100 % tamamlanacaq və hava limanı ilk təyyarəni qəbul edəcək: “İlkin uçuş sentyabrın 5-də həyata keçiriləcək”.
Tehsil-press.az