Ərdoğan Liviya Baş naziri ilə danışıqlar aparıb

Ərdoğan Liviya Baş naziri ilə danışıqlar aparıb İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviya Baş naziri Əbdülhəmid Dibeybə arasında təkbətək və geniş tərkibdə görüşlər olub.
Görüşlər Vahdettin iqamətgahında mətbuat üçün qapalı rejimdə baş tutub.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Türkiyə tərəfindən maliyyə və xəzinə naziri Lütfi Elvan, ticarət naziri Mehmet Muş, Mərkəzi Bankın idarə heyətinin sədri Şahap Kavcıoğlu və Prezidentin baş müşaviri Sefer Turan iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər