Afrikada koronavirusa yoluxanların sayı 7 milyona çatır

Afrikada koronavirusa yoluxanların sayı 7 milyona çatır Afrikada koronavirusa yoluxanların sayı 6,96 milyon nəfəri ötüb.
Bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.
Məlumata əsasən, avqustun 7-si üçün Afrikada koronavirusa 6 964 194 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 175 878 nəfəri vəfat edib, 6 082 655 nəfəri isə sağalıb.
Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Misirdə və Efiopiyada qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər