
Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Bakı Ali Neft Məktəbinin bütün ixtisaslarına qəbul olan tələbələrə birinci kursda hazırlıq proqramı əsasında “İngilis dili 1 və 2” və “İnformasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi 1 və 2” fənləri tədris olunur.
BANM-in təklifini nəzərə alaraq, bu ali məktəbin ixtisaslarının müsabiqəsində iştirak etmək üçün qeyd olunan məhdudiyyət aradan qaldırılıb. Belə ki, BANM-in I qrup ixtisasları ilə yanaşı, II qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin də xarici dil fənni üzrə nəticələrinə məhdudiyyət tətbiq edilməyəcək.
Tehsil-press.az