Əfqanıstanın keçmiş Prezidenti Həmid Qərzai və Milli Barış üzrə Ali Şuranın sədri Abdulla Abdulla hazırda ev dustağıdırlar.Həmid Qərzai və Abdulla Abdulla Kabil şəhərindədir.
Məlumata görə, “Taliban” hərəkatının nümayəndələri avqustun 23-ü Qərzainin mühafizəçilərini tərk-silah edib, həmçinin keçmiş Prezidentin avtomobilini də müsadirə ediblər.
Bununla yanaşı, “talibançılar” avqustun 25-i Abdulla Abdullanın evində axtarış həyata keçirib və onu həm mühafizəçilərdən, həm də avtomobildən məhrum ediblər.
Tehsil-press.az










