
Bu ittihamlarla özünü ölkənin müvəqqəti prezidenti elan edən Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh tvitterdə çıxış edib.
“Taliblər Andarab vadisinə ərzaq və yanacağı buraxmırlar. Humanitar vəziyyət dəhşətlidir. Minlərlə qadın və uşaq dağlara qaçmağa məcbur edildi. Son iki gün ərzində “Taliban” uşaq və qocaları oğurlayır və onları hərəkət etmək və ya evlərdə axtarış etmək üçün canlı qalxan kimi istifadə edir”, - Saleh sosial şəbəkə hesabında yazıb.
Tehsil-press.az