Tokio-2020: Para-atletlərimiz finala vəsiqə qazandı

Tokio-2020: Para-atletlərimiz finala vəsiqə qazandı Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.
Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Atletika idman növü üzrə təmsilçisi Yuliya Yanovskaya da (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Eyni zamanda Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva da (T13) 100 metr kateqoriyasında 12:09 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Bu gün 6 paralimpiyamız Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparır. Bunların ikisi güllə atıcısı, biri üzgüçü, üçü isə atletdir.
Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər