Rio-De-Janeyroda XV Yay Paralimpiya oyunlarının açılışı başladı

Rio-De-Janeyroda XV Yay Paralimpiya oyunlarının açılışı başladı Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilir.

Tehsil-press.az-ın məlumatına görə, açılış mərasimində üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.
Sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.
Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımızın 161 medal qazanıblar - 64 qızıl, 57 gümüş, 40 bürünc.


Tehsil-press.az

Oxşar xəbərlər