Bakı Dövlət Universiteti professorunun elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub

Bakı Dövlət Universiteti professorunun elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun həmmüəllif olduğu elmi məqalə “Clarivate Analytics Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.
“1990-cı ildən 2019-cu ilə qədər tənəffüs yolu xərçənglərinin qlobal, regional və milli çətinlikləri və bununla əlaqədar risk faktorları: 2019-cu il, xəstəliklərin araşdırılmasının qlobal çətinlikləri üçün sistemli analiz” (“Global, regional, and national burden of respiratory tract cancers and associated risk factors from 1990 to 2019: a systematic analysis for the Global Burden of Disease Study 2019”) adlı icmal məqalə “The Lancet Respiratory Medicine” (2021) (impakt faktor 30.7) jurnalında yer alıb.
Məqalədə tənəffüs yolu xərçənglərinin qarşısının alınması, onlara nəzarət edilməsi və 2030-cu ilə qədər qeyri-yoluxucu xəstəliklər üzündən vaxtından əvvəl ölüm hallarının üç dəfə azalması və bu istiqamətdə istifadə oluna biləcək effektiv metodlardan bəhs edilir.

Tehsil-press.az

Oxşar xəbərlər