“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi davam edir

“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi davam edir AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri müəssisənin əməkdaşı Sahibə Ələkbərovanın rəhbərliyi ilə “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Hazırda Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini Azərbaycan İstiqlal Muzeyində davam etdirir. Muzeyin nadir xalça nümunələri, qadın bəzəkləri və s. əşyaları İstiqlal Muzeyinin Qarabağ zalında “Xilas olunmuş xəzinəmiz” adı ilə nümayiş olunur. Muzey haqqında klubun üzvlərinə məlumat verilib.
Muzeyə MATM-ın nəşrləri təqdim olunub.
Xatırladaq ki, bu il avqustun 31-də klubun üzvləri Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Muzey haqqında onlara məlumat verilib. Bildirilib ki, 1993-cü ildə Qubadlı rayonu ermənilər tərəfindən işğal olunan zaman muzeyin eksponatları düşmən tərəfindən vəhşicəsinə talan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər