Rusiyalı arxeoloqlara Tarix Muzeyinin nəşrləri təqdim edilib

Rusiyalı arxeoloqlara Tarix Muzeyinin nəşrləri təqdim edilib Rus Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub.
Rusiyalı sualtı arxeoloqlar əvvəlcə müəssisənin ekspozisiyası ilə tanış olublar. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə Xəzər akvatoriyasında gəmiçiliyin qədim tarixi ilə bağlı əşyavi mənbələr əldə etmək məqsədilə aparılan sualtı tədqiqatlardan bəhs olunub. N.Vəlixanlı muzeyin 1968-1986-cı illərdə apardığı sualtı arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qonaqlara muzeyin nəşrləri və kataloqlar təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər