Dillər Universitetində Çin xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş seminar keçirilib

Dillər Universitetində Çin xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş seminar keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun onlayn yay məktəbi çərçivəsində seminar keçirilib.
Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin tarixinin qəhrəmanlıq səhifələri” mövzusunda mühazirə oxuyub.
R.Abbasov XX əsrin birinci yarısında Çində baş verən hərbi-siyasi hadisələrdən, Çin xalqının müstəqillik uğrunda mübarizəsindən danışıb, o cümlədən İkinci Dünya müharibəsi barədə məlumat verib. Bu müharibədə Azərbaycan xalqının faşizm üzərində tarixi qələbəyə böyük töhfələr verdiyi diqqətə çatdırılıb. Həmçinin 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin respublikamızın siyasi rəhbərliyinə qayıdışından sonra müharibə veteranlarının hüquqlarının bərpa edildiyi, onlara xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb.
R.Abbasov Çin xalqının milli azadlıq mübarizəsinin əsas mərhələləri, Çin Kommunist Partiyasının fəaliyyəti və müharibənin son mərhələsində Çində hərbi-siyasi vəziyyət barədə məlumat verib.
ADU-nun çinşünas tələbələri isə Azərbaycanın Xalq şairi Rəsul Rzanın Çindəki milli azadlıq hərəkatı haqqında “Çapey” və “Si Au” şeirlərini və Çin yazıçısı Şan Xuanın Azərbaycan dilində nəşr olunan “Xoruz lələkli məktub” hekayələr toplusundan parçalar səsləndiriblər.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.
Seminarda, həmçinin o dövr hadisələrini əks etdirən “Tayxanşan dağlarında” bədii filmi və sənədli fotoxronika nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər