Hadisə sinif otağıda olub:Ürəyinə stent də qoyulubmuş — VİDEO

Hadisə sinif otağıda olub:Ürəyinə stent  də qoyulubmuş  —   VİDEO Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib.

Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərini də ilk qayınatası alıb.

Üç övlad anası olan müəllimin ürəyində problem olub, bir müddət əvvəl ona stent qoyulub. Yaxınları deyir ki, əməliyyatdan sonra sağlamlıqla bağlı heç bir şikayəti olmayıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə təcili yardım briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıblar.

Daha ətraflı "Xəzər” TV-nin videomaterialında:



Tehsil-press.az

Oxşar xəbərlər