
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmsədr İqor Xovayevlə görüşüb.
Ermənistan XİN-in məlumatına əsasən, Xovayev bu gün İrəvana səfər edib. Görüşün digər detalları açıqlanmayıb.
Qeyd edək ki, avqustun 30-u Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İqor Xovayevi qəbul edib.
Tehsil-press.az