Bakı Dövlət Universitetinə qəbul olan abituriyent və subbakalavrların qeydiyyat prosesi davam edir

Bakı Dövlət Universitetinə qəbul olan abituriyent və subbakalavrların qeydiyyat prosesi davam edir Bakı Dövlət Universitetinə (BDU) qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir.
BDU-ya qəbul olmuş 5367 abituriyentdən bu günə qədər 1800 nəfəri portal.edu.az saytı vasitəsilə artıq qeydiyyatdan keçib.
Qeyd edək ki, universitetdə qeydiyyat prosesində yaranmış çətinliklərin aradan qaldırılması və müraciətlərə fərdi qaydada baxılması üçün işçi qrup yaradılıb. İşçi qrup meydana çıxan çətinlikləri operativ aradan qaldıraraq abituriyentlərin qeydiyyatdan keçməsinə yardım göstərir.

Tehsil-press.az



Oxşar xəbərlər