ADNSU-nun tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyatına başlanılıb

ADNSU-nun tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyatına başlanılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyatı davam edir.
Avqustun 16-dan başlanan sənəd qəbulu hər bir fakültədə ayrı-ayrılıqda təşkil olunub. Abituriyentlər növbəli qaydada sənədlərini təqdim etməklə qeydiyyatdan keçirlər.
Qeydiyyat avqustun 28-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aparılacaq.
Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı ADNSU-nun internet saytı və rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

Hikmət Əliyev

Oxşar xəbərlər