BSU-nun müəllim və tələbəsi “Proqramlaşdırmanın əsasları” təlimini yüksək göstəricilərlə başa vurublar
Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müəllimi, Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı Nurlan Məmmədov və Azərbaycan filologiyası fakültəsinin III kurs tələbəsi Əli Nağızadə Koreya təhsil standartları əsasında yaradılmış layihə çərçivəsində “Proqramlaşdırmanın əsasları” üzrə 3 aylıq kursu yüksək göstəricilərlə başa vurublar.
“Proqramlaşdırmanın əsasları” təlimini C dilində proqramlaşdırma üzrə müvəffəqiyyətlə başa vurmalarını təsdiq edən sertifikatları Nurlan Məmmədova və Əli Nağızadəyə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Nigar Nəsrullayeva təqdim edib və onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Tehsil-press.az
- Baxış: 2958
Xəbərin tarixi: 14.09.2021 / 12:58
-
Oxşar xəbərlər