
Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib.
“ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzinin tələbi ilə “Müttəfiqlər xoş gəldi” əməliyyatında ABŞ-a uçuşlar ölkəyə son zamanlarda gətirilən bəzi əfqanlar arasında qızılcanın aşkarlanmasına görə bu gündən başlayaraq daha yeddi gün təxirə salınmış olaraq qalacaq”, - Kirbi bildirib.
O əlavə edib ki, keçən həftə ABŞ-a gətirilən daha dörd əfqanda qızılca aşkarlanıb.
Tehsil-press.az