
Bu dəfə səfər yeni növ koronavirusa yoluxmanın sayının artması ilə əlaqədar İsraildə karantin tədbirlərinin sərtləşdirilməsi səbəbindən təxirə salınıb.
Nəşrin məlumatına görə, məlumat BƏƏ-dəki mənbələr tərəfindən təsdiqlənib.
İsrail hökuməti başçısının Təl-Əvivin bu yaxınlarda diplomatik münasibətlər qurduğu iki ölkəyə səfəri artıq ikinci dəfədir ki, təxirə salınır. Səfər əvvəlcə dekabrın 1-də nəzərdə tutulmuşdu, amma BƏƏ hakimiyyətinin xahişilə, dekabrın 2-də ölkədə Müstəqillik Gününün bayram edilməsi ilə əlaqədar başqa vaxta keçirilmişdi.
Tehsil-press.az