Kosmosa tarixi uçuş başladı

Kosmosa tarixi uçuş başladı Hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib.
“SpaceX” şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub.
Uçuş uğurla həyata keçirilib. Sərnişinlərin dünya ətrafında üç günlük səyahəti nəzərdə tutulub .
Səyyahlardan biri 42 yaşlı keçmiş qadın döyüş pilotu və uçuş üçün təşkil olunan yarışmada qalib gələn 51 yaşlı geologiya müəllimidir.
“SpaceX”in kosmonavt olmayan sərnişinləri kosmosa səyahətə çıxırlar
Daha əvvəl xərçənglə mübarizə aparan 29 yaşlı bir tibb işçisi və kosmos səyahətinin xərclərini qarşılayan 38 yaşlı iş adamı Card İsakmən də “ilham verən dördlüyə” daxildirlər.
“SpaceX” kosmik gəmisindəki dörd sərnişin Beynəlxalq Kosmik Stansiyadan 160 kilometr daha yüksəyə çıxmağı hədəfləyir. Bu da dünyanın təxminən 560 kilometr yuxarısında olmaq mənasına gəlir.

Tehsil-press.az

Oxşar xəbərlər