AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir

AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan 1730 abituriyentdən 1500-ü portal.edu.az vasitəsilə onlayn müraciət edib.
Onlardan 1294 nəfəri artıq qeydiyyatdan keçib. Universitetə qəbul olunması haqqında məlumat abituriyentlərin mobil nömrələrinə göndərilib. Bu günə olan məlumata görə, qeydiyyat prosesi davam edir, müraciətlərə baxılır. Hazırda 50 nəfərin sənədi araşdırılma mərhələsindədir.
Qeyd edək ki, hər bir abituriyentin müraciətinə fərdi qaydada baxılır, ortaya çıxan çətinliklər operativ aradan qaldırılır, abituriyentlərin qeydiyyatdan keçməsinə yardım göstərilir. Eyni zamanda, şöbənin əməkdaşları qeydiyyat prosesində çətinlik çəkən abituriyentlərin elektron poçt vasitəsilə ünvanladıqları sualları cavablandırırlar.

Tehsil-press.az


Oxşar xəbərlər