
Magistratura səviyyəsinə yeni qəbul olunan tələbələrin qeydiyyatı koronavirus pandemiyası ilə əlaqədar elan edilən karantin rejimi şəraitində onlayn aparılır.
Qeydiyyat prosesini asanlaşdırmaq üçün AzMİU-nun İKT Mərkəzi xüsusi elektron forma hazırlayaraq tələbələrin istifadəsinə verib (https://bit.ly/azmiumag2020). Magistraturaya qəbul olan gənclər müvafiq sənədlərin surətlərini adıçəkilən linkdə göstərilən formaya yükləyirlər. Eyni zamanda, tələbələr sənədlərin qəbulu üçün lazımi məlumatları universitetimizin rəsmi səhifəsi olan azmiu.edu.az səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər. Qeydiyyat prosesi iyulun 15-dək davam edəcək.
Tehsil-press.az