
Alpinistlər rabitə əlaqəsinə çıxaraq kömək üçün müraciət ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, alpinistlərdən 3-ü həlak olub, 14-ü sağ tapılıb. Daha 2 nəfərin axtarışları isə davam etdirilir. Axtarışlara 40 nəfər və 12 texniki vasitə cəlb olunub. Əlverişsiz hava şəraiti axtarışları çətinləşdirir.
Qeyd edək ki, alpinist qrupunda əvvəlcə 23 nəfər olsa da, onlardan 4-ü dağa dırmanmaqdan imtina edib.
***
Elbrus dağında (Rusiyanın Kabarda-Balkar Respublikası) əlverişsiz hava şəraiti səbəbindən beş rusiyalı alpinist həlak olub.
Alpinist qrupunun tərkibində 19 nəfər olub. Əlverişsiz hava şəraitində yüksək zirvədə qalan alpinistlər kömək istəyiblər.
Rusiyanın FHN-nin xilasediciləri əraziyə cəlb olunub və onların 14-ü tapılaraq xilas edilib. Onlardan bir neçəsinin vəziyyəti orta-ağırdır.
Tehsil-press.az