
Putin “Sputnik V” vaksinindən sonra onda koronavirus infeksiyasına qarşı antitel səviyyəsinin yüksəldiyini və 15-16 olduğunu bildirib.
Ərdoğanın “Mən artıq üçüncü doza olaraq Biontec qəbul etmişəm” sözlərindən sonra Putin gülərək “Yaxşı, o zaman” deyib.
Rusiya Prezidenti qeyd edib ki, COVID xəstəsi ilə təmasda olsa da virusa yoluxmayıb: “Bütün gün yoluxmuş insanla bir yerdə olsam da, xəstələnmədim. Şanslı idim”.
Ərdoğan Putinin antitel göstəricilərinin çox aşağı olduğunu, onun antitellərinin 1000-i keçdiyini bildirib. Putin isə cavabında “Yox, məndə yüksəkdir. Ekspertlər müxtəlif cür hesablayırlar. Ancaq mənə dedilər ki, çox yüksəkdir” deyib.
Tehsil-press.az