Putin peyvənd olunacağı tarixi açıqladı

Putin peyvənd olunacağı tarixi açıqladı Rusiya Prezidenti Vladimir Putin 23 mart tarixində peyvənd olunacağını açıqlayıb.
Putin bu barədə peyvəndlənmə ilə bağlı baş tutan iclasda açıqlama verib.
“Vaksinasiya - əlbəttə ki, hər insanın könüllü seçimidir, hər kəsin şəxsi qərarıdır. Yeri gəlmişkən, mən özüm bunu sabah etmək niyyətindəyəm”,- deyə o vurğulayıb.
Putin hansı peyvəndi vurduracağını açıqlamasa da, mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bunun 3 yerli peyvənddən biri olacağını bildirib.
Qeyd edək ki, hazırda Rusiyada müxtəlif sınaq mərhələlərində olan 3 peyvənd istehsal edilir :“Sputnik V”, “EpiVacCorona” və “KoviVak”.

Tehsil-press.az



Oxşar xəbərlər