Televizorsuz, internetsiz hotel

Televizorsuz, internetsiz hotel Karib dənizinin sahillərində yerləşən “Jade Mountain Resort” hoteli digərlərindən çox fərqlənir.
Hoteldə hər şey insanların rahatlığı və yaxşı istirahəti üçün düşünülüb.
Burada nəinki telefon, hətta radio və televizor da yoxdur. İnternetə giriş yalnız qəbul otağında mümkündür. Maraqlısı odur ki, hotelin hər otağı yalnız üç divardan ibarətdir. Dördüncü divarın olmaması isə müsbət hal kimi dəyərləndirilir. Belə ki, açıq yerdən təbiətin gözəl mənzərəsini seyr etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər