“Elə oğullar şəhid verdik ki, analarının əllərindən öpürəm” - Tehran Mənsimov+Video

“Elə oğullar şəhid verdik ki, analarının əllərindən öpürəm” - Tehran Mənsimov+Video “Bir Azərbaycan zabiti olaraq demək istəyirəm ki, Azərbaycanın qazandığı qələbənin böyük payı Ali Baş Komandana düşür. O, əmr verməsəydi, bu olmazdı. Çünki biz əmrə tabeyik. Ən böyük qəhrəman odur, o cəsarət, o inam onda var”.
Bunu polkovnik, Vıətən Müharibəsindəki xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Tehran Mənsimov Vətən Müharibəsindən danışarkən deyib.
Polkovnik şəhid analarına da təşəkkür edib:
"Şəhidlərin qanı ilə alınıb bu torpaqlar. Vətən Müharibəsində elə oğullar şəhid verdik ki, onları dünyaya gətirən bütün anaların əllərindən öpürəm".
Qeyd edək ki, videonun rejissoru Elvin Mirzəyev, operatoru İlkin Mehtiyevdir.



Tehsil-press.az

Oxşar xəbərlər