Burada evlər bir avroya satılır

Burada evlər bir avroya satılır İtaliyanın Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər bir avroya satışa çıxarılıb.
Hazırda qəsəbədə 630 boş ev var və onlardan 250-si satılır.
Bu addım atmaqda ən başlıca səbəb qəsəbənin yenidən canlandırılmasıdır.
Evlər üçün depozit tələb olunur, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamalıdırlar. Əks halda onları 10 min avro cərimə gözləyir.
Satışa çıxarılan evlər Pratola Peligna bələdiyyəsinin veb-saytına müntəzəm olaraq yüklənir.
Qeyd edək ki, qəsəbədə yaşayan yerli əhali böyük şəhərlərə köçüb, 2009-cu ildə baş verən zəlzələdə isə buradakı evlərin vəziyyəti daha da pisləşib. Lakin orta əsr memarlığının üstünlük təşkil etdiyi qəsəbə Alp dağlarının xizək yamaclarına yaxınlığı səbəbindən turistləri cəlb etmək potensialına malikdir.

Tehsil-press.az



Oxşar xəbərlər