İtaliyada tarixi binalar satışa çıxarıldı - Qiyməti 1 avro

İtaliyada tarixi binalar satışa çıxarıldı - Qiyməti 1 avro İtaliyanın cənubundakı Kampaniya vilayətində Bizaçça qəsəbəsində 90 tarixi tikili satışa çıxarılıb.
Binaların satış qiyməti 1 avro təşkil edir.
Qeyd olunur ki, bu addıma səbəb qəsəbəyə marağın artırılmasıdır. Bununla belə, binaları alan şəxslər təmir işlərini öz vəsaitləri hesabına həyata keçirməlidir.
Son illərdə 4 min nəfərdən çox sakini olan Bizaçça qəsəbəsinin əhalisinin kəskin azalmaqda olduğu deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər