
Nəşr qeyd edir ki, daşınmaz əmlak obyekti 2015-ci ildə müğəninin varisləri və “Colony Capital” şirkəti tərəfindən 100 milyon dollara satışa çıxarılıb. O vaxtdan bəri onun dəyəri dəfələrlə azalıb. Ötən il bu, 31 milyon dollar təşkil edirdi.
Cekson malikanəni 1987-ci ildə təxminən 19,5 milyon dollara alıb və “Neverland” adlandırıb. Torpaq sahəsi təxminən 11 kv. km təşkil edir. Cekson ərazidə oyuncaq dəmir yolunun, karuselin, müşahidə çarxının quraşdırılmasına göstəriş verib. Müğənni 2009-cu ildə vəfat edib. Bundan sonra əmlakın adı dəyişdirilib, attraksionlar isə yığışdırılıb.
Qəzetin məlumatına görə, əmlak satışa çıxarılanda ərazidə 20-yə yaxın bina, o cümlədən qonaqlar üçün kiçik evlər, həmçinin hovuz, basketbol meydançası, 50 nəfərlik kinoteatr yerləşirdi.
Materialda qeyd edilir ki, Byorkl 2000-ci illərin ortalarında Ceksonun biznes məsələləri üzrə məsləhətçisi olub. Milyarderin nümayəndələri nəşrin jurnalistlərinə bildiriblər ki, Byorkl əmlakın əldə edilməsini daşınmaz əmlaka əlverişli investisiya yatırımı hesab edir.
Tehsil-press.az