“Keyfiyyət təminatında təcrübə mübadiləsi” mövzusunda vebinar keçiriləcək

“Keyfiyyət təminatında təcrübə mübadiləsi” mövzusunda vebinar keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Keyfiyyət təminatında təcrübə mübadiləsi” mövzusunda vebinar keçiriləcək.
Vebinarda “Yeni akkreditasiya qaydaları və onun ali təhsil müəssisələri üçün yaratdığı öhdəliklər”, “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminatı sistemi və Hacettepe Universitetinin tətbiqi”, “UNEC üzrə keyfiyyət göstəriciləri modeli”, “Türkiyədə ali təhsilin dəyişən strukturu və Ankara Universitetinin keyfiyyət təminatı modeli” və s. mövzularda məruzələr dinləniləcək.
Tədbirdə iştirak üçün UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Tehsil-press.az


Oxşar xəbərlər