“BMT və beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları” vebinarına qeydiyyat başlanıb

“BMT və beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları” vebinarına qeydiyyat başlanıb Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Vyana şəhərindəki “Talent-Tech Consulting” şirkəti birgə vebinar keçirəcək.
Azərbaycanda ilk dəfə bu ali məktəbdə keçiriləcək vebinar “BMT və beynəlxalq təşkilatlarda təcrübə, iş imkanları” mövzusuna həsr olunacaq.
Vebinar iştirakçıları beynəlxalq təşkilatlarda təcrübə və iş imkanları ilə yanaşı, müvafiq resurslarla tanış olacaq, karyerayönümlü məsləhətlər alacaqlar. Vebinarı şirkətin təsisçisi Mətanət Rəhimova aparacaq. İngilis dilində təşkil olunacaq vebinarda sonuncu kursda təhsil alan bakalavr və magistrantlar, UNEC-in məzunları iştirak edə bilərlər.
Vebinarda iştirak etmək istəyənlər noyabrın 24-dək CV-lərini [email protected] elektron poçtuna göndərməlidirlər.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsi


Oxşar xəbərlər