Erasmus+ layihəsinin təlimləri

Erasmus+ layihəsinin təlimləri Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin təlimləri 2019-cu il noyabr ayının son həftəsində Litvanın SMK Tətbiqi Elmlər Universitetində həyata keçirilmişdir.
Təlimlərdə Litvanın EKT akkreditasiya təşkilatının nümayəndələri, SMK Tətbiqi Elmlər Universitetinin keyfiyyət təminatı üzrə eksperti, layihənin tərəfdaşı olan 11 Azərbaycan Universitetlərinin nümayəndələri iştirak etmişlər. Təlimlərin əsas mövzusu keyfiyyət təminatı proseslərinin, modellərinin “QPR” elektron portalına daxil edilməsi və ümumilikdə keyfiyyət təminatına dair portalın iş prinsiplərinin dərindən öyrənilməsidir. Eyni zamanda Keyfiyyət İdarəetmə Sistemi, tədrisdə yeni təlim və qiymətləndirmə metodlarının istifadə olunması haqqında avroplı ekspert tərəfindən real nümunələr əsasında təlimlər(masterclass) keçirilmişdir.

Mətbuat Xidməti


Erasmus+ layihəsinin təlimləri

Oxşar xəbərlər