
BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Tədrisin təşkili və idarə olunması mərkəzinin direktoru Elçin Məmmədov və universitetin “SABAH” mərkəzinin rəhbəri İradə Süleymanovanın da iştirak etdikləri həmin görüşdə 2021-2022-ci tədris ilində “SABAH” qruplarına qəbul olan tələbələrin mövcud vəziyyəti, pandemiya dövründə tədrisin təşkili, tələbələrin texniki-təchizat təminatı ilə bağlı məsələlər müzakirə olunub.
Eyni zamanda, “SABAH” qruplarında növbəti semestr ərzində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “SABAH” ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.
Tehsil-press.az