“SABAH” qrupları 2 min 400-dən çox tələbəni əhatə edir

“SABAH” qrupları 2 min 400-dən çox tələbəni əhatə edir 2019-2020-cu tədris ilində “SABAH” qrupları ölkənin 11 ali təhsil müəssisəsində 6 istiqamət üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) fəaliyyət göstərir.
Hazırda bu qruplarda 35-dən artıq ixtisas üzrə 2 min 400-dən çox tələbə təhsil alır.
2018-2019-cu tədris ilində “SABAH” qruplarından 31 ixtisas üzrə 701 tələbə məzun olub. Məzunların nəticələri 2017-2018-ci tədris ili ilə müqayisədə daha yüksək olub. “SABAH”ın məzunlarından 287-si Azərbaycanda, 136-sı xaricdə magistratura təhsili alır.
“SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Bu qruplar ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər