Dövlət Neft və Sənaye Universiteti “Erasmus+” layihəsi çərçivəsində beynəlxalq təlimdə təmsil olunub

Dövlət Neft və Sənaye Universiteti “Erasmus+” layihəsi çərçivəsində beynəlxalq təlimdə təmsil olunub “Erasmus+” layihəsi çərçivəsində Almaniyanın Dortmund Universitetinin akademik heyət üçün layihə və innovasiyaların idarə edilməsi üzrə Avropa tərəfdaşlığı təlim həftəsi keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “WORK4CE” “Erasmus+” layihəsinin üzvü kimi həmin beynəlxalq təlimdə təmsil olunub.
Rektorun informasiya texnologiyaları və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, universitetin Kompüter mühəndisliyi kafedrasının professorları Yaşar Hacıyev və İlqar Rzayev “Erasmus+” layihəsi çərçivəsində Dortmund Universitetinin təşkil etdiyi “T4T” adlı təlimdə iştirak ediblər.
Təlimdə iştirakçılara çevik layihə idarəetməsi və “Jira”, “Confluence” və “Microsoft” komandalarından istifadə, eləcə də açıq təcrübə icmalarının birgə yaradılması haqqında fikirlər irəli sürülüb və geniş məlumat verilib.
Tədbirdə layihələrin Azərbaycan, Ukrayna, Fələstin, Belçika, İspaniya, Norveç, Qazaxıstan və Almaniyadan olan həmkarları bilik və təcrübə mübadiləsi məqsədilə iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər