Azərbaycan Texniki Universitetində Erasmus+KA2 layihəsi çərçivəsində seminar

Azərbaycan Texniki Universitetində Erasmus+KA2 layihəsi çərçivəsində seminar Azərbaycan Texniki Universitetində (AzTU) “Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG) Erasmus+KA2” layihəsi çərçivəsində seminar keçirilib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov layihənin əhəmiyyətindən danışıb.
Sonra nəqliyyat və logistika fakültəsinin əməkdaşları - dosentlər Əlləz Əliyev və Azad Babayev, həmçinin Qəzənfər Axundov “Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG) “Erasmus+KA2” layihəsi çərçivəsində Fransanın Valansyen Universitetində keçirilmiş təlimlərlə bağlı iştirakçılara məlumat veriblər.
Seminarda nəqliyyat logistikası magistr ixtisaslaşması üzrə tədris olunacaq fənlər haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin layihə çərçivəsində universitetdə CRENG laboratoriyasının yaradılması, laboratoriya üçün avadanlığın və Anylogic proqram təminatının alınması müzakirə olunub.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər