Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında öldü

Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında öldü Kazreti-Dmanisi (Şərqi Gürcüstan) magistralında yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində azərbaycanlı ailənin 4 üzvü – ata, oğlu, gəlini və nəvəsi hadisə yerində ölüb.
Onlar Səfərli kənd sakinləridir. Hadisə yerində xilasedicilər və polis işləyir.

Tehsil-press.az



Oxşar xəbərlər