
Tehsil-press.az saytının Şirvan bürosunun məlumatına görə, iki minik maşınının qarşı-qarşıya toqquşması nəticəsində sərnişin, 58 yaşlı Gəncə şəhər sakini Heydərov Sabir İsmayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobillərdə olan üç nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.
Tehsil-press.az